"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sitarə Cabbarlı: “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə bağlı təşəbbüs alqışa layiqdir”

--2016-07-27 / 22:46

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini Sitarə Cabbarlı: “Ölkəmizdə müxtəlif peşə sahiblərinin məxsusi bayramı var, həmin bayramlar rəsmi şəkildə qeyd olunur. Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə bağlı təşəbbüsü də alqışa layiqdir.

Ölkəmizdə bələdiyyə institutunun müəllifi Ümummilli lider Heydər əliyevdir, bu institutun əsasları ilk dəfə Ulu öndərin rəhbərliyi ilə hazırlanıb.

1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyasının 4-cü bölməsi bələdiyyələrə həsr olunub.

1999-cu il dekabrın 12-də ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri keçirilib. 17 illik fəaliyyəti dövründə bələdiyyə institutu cəmiyyət həyatında əhəmiyyətli rol oynayıb.

Bu gün, Prezident ilham əliyevin rəhbərliyi ilə daha uğurlu gələcəyə hədəflənən islahatlar dövründə isə bələdiyyələr özünün inkişaf mərhələsini keçir, əhalinin mənafeyi naminə yerli əhəmiyyətli sosial məsələlərin həllində, vətəndaşların yerli özünüidarəetmə proseslərinə cəlb olunmasında fəal iştirak edir.

Dövlətimizin başçısı bələdiyyələrin fəaliyyətinə böyük önəm verir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər haqqında” Referendum Aktı layihəsinə bələdiyyələrin fəaliyyəti ilə bağlı bəndin salınması da bu diqqətin göstəricisidir.

Hesab edirəm ki, “Bələdiyyə günü”nün təsis edilməsi, bələdiyyə qulluqçularının peşə bayramının rəsmi şəkildə qeyd edilməsi bu sahədə çalışan insanlar üçün böyük stimul olar, onların məsuliyyət hissini daha da artırar.

Belediyye.info

ŞƏRHLƏR